"Milan" klubu Teo Ernandesə yeni müqavilə təklif etməyi planlaşdırmır.
90plus.az xəbər verir ki, 27 yaşlı müdafiəçinin "Milan" ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. "Rossonyerilər" yay transfer pəncərəsində fransalı futbolçuya daxil olacaq təklifləri nəzərdən keçirəcək. Teo Ernandesin bazar dəyəri 50 milyon avro olaraq qiymətləndirilir.
Xatırlatma: Ernandes 2018-ci ildən "Milan"da çıxış edir. O, klubun heyətində 252 matça çıxaraq 33 dəfə rəqib qapısına yol tapıb və 44 qol ötürməsi edib.
© Copyright 2026, All Rights Reserved