Milli komanda Misirdə 12-ci oldu
Misirin paytaxtı Qahirə şəhərində qılıncoynatmanın sablya növü üzrə qadın qılıncoynadanlar arasında Dünya Kubokunun mərhələ yarışına yekun vurulub.
90plus.az xəbər verir ki, Azərbaycan millisi, Səbinə Kərimova, Palina Kaspiaroviç və Zərifə Hüseynovadan ibarət qadın sablyaçılarından təşkil olunmuş komanda yarışında 12-ci yeri tutub. İlk görüşündə Hindistan yığmasını 45:29 hesabı ilə məğlub edən Azərbaycanlı sablyaçılar, ən güclü səkkizliyə yüksəlmək uğrunda Yaponiya seçmə kollektivinə 35:45 hesabı ilə uduzub.
9-16-cı yerlər uğrunda mübarizədə Almaniya millisini 45:42 hesabı ilə məğlub edən Azərbaycan komandası növbəti görüşdə ispan rəqiblərinə 36:45 hesabı ilə uduzub.
Ölkənin təmsilçiləri 11-ci yer uğrunda ABŞ yığmasına 32:45 hesabı ilə məğlub olub.
Şəxsi yarışda isə Palina Kaspiaroviç və Zərifə Hüseynova ən güclü 64-lüyə yüksəlsə də, 32-liyə adlamaq üçün keçirilən görüşlərdə məğlub olublar. Palina, qadın sablyaçıların şəxsi yarışını qızıl medalla başa vuran Yunanıstanlı Despina Georgiadouya 9:15 hesabı ilə məğlub olub. Zərifə isə amerikalı sablyaçı Maia Çemberleynə 10:15 hesabı ilə uduzub.
© Copyright 2026, All Rights Reserved