Milli komanda Rumıniya ilə bacarmadı
Azərbaycan qadın voleybolçulardan ibarət millisi Avropa Qızıl Liqasında mübarizəni yekunlaşdırıb.
90plus.az bildirir ki, Xorvatiyanın ev sahibliyi etdiyi 3-cü turun son görüşündə komandamız Rumıniya yığması ilə qarşılaşıb.
Zadar şəhərində keçirilən matç Rumıniya millisinin qələbəsi ilə başa çatıb.
Rumıniya – Azərbaycan 3:0 (25:14, 25:10, 25:17)
Qeyd: Reqlamentə əsasən, yarışda iştirak edən 12 komandadan ilk dörd yerə layiq görülənlər dördlər finalına yüksəlir. Turnirin yarımfinal və final oyunları 28-29 iyun tarixlərində İsveçdə keçiriləcək.
© Copyright 2026, All Rights Reserved