Millimiz Avropa çempionudur!
Azərbaycan güləş millisi U-17 Avropa çempionatında 1-ci oldu!
90plus.az xəbər verir ki, Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-17 Avropa çempionatına yekun vurulub.
Yarışda millimiz ümumilikdə 6 medal – 3 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edib. Bu nəticə sayəsində Azərbaycan komandası 151 xalla ümumi sıralamada birinci yeri tutaraq qitə birinciliyini rəsmiləşdirib. İkinci yerdə 144 xalla Ukrayna, üçüncü pillədə isə 116 xalla Gürcüstan qərarlaşıb.
Medal qazanan idmançılar:
Yığmamızın uğurunda böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Yaşar Əliyevin də əməyi xüsusi qeyd olunur.
Bugünkü nəticələr:
92 kq çəki dərəcəsində mübarizə aparan Səid Paşayev final görüşündə rusiyalı Abdurazak Şabanov üzərində 6:5 hesablı qələbə qazanaraq Avropa çempionu adını qazanıb.
60 kq çəki dərəcəsində yer alan Həsən Həsənov isə finalda ukraynalı Zorab Aloyev ilə qarşılaşıb. Gərgin keçən qarşılaşmada Həsən Həsənov cüzi fərqlə – 4:5 hesabı ilə məğlub olaraq gümüş medalın sahibi olub.
Digər təmsilçimiz Ramal Mirhüseynov (51 kq) isə bürünc medal uğrunda qarşılaşmada Ermənistan idmançısı Vahan Azaryana 10:6 hesabı ilə qalib gələrək çempionatı üçüncü yerdə başa vurub.
© Copyright 2026, All Rights Reserved