Millimiz İtaliyanı darmadağın etdi
90plus.az xəbər verir ki, minifutbol üzrə Azərbaycan millisi Slovakiyada təşkil olunan AVRO-2026-da növbəti qələbəsini qazanıb.
Elşad Quliyevin rəhbərlik etdiyi komanda F qrupunun II turunda İtaliya yığması ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan millisinin 3:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.
Yığmamızın heyətində Rəvan Kərimov, Vüsal İsayev və Ruzigar İbrahimzadə fərqlənərək komandanın uğurunda əsas pay sahibi olublar.
Azərbaycan millisi turnirə Avstriya üzərində qələbə ilə başlamışdı. Qrupun digər favoritlərindən olan İtaliya isə ilk turda Fransa ilə qolsuz heç-heçə etmişdi. Bu nəticədən sonra xallarını artıran yığmamız vaxtından əvvəl pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirib.
Komandamız qrup mərhələsində son oyununu mayın 30-da Fransa seçməsinə qarşı keçirəcək.
Qeyd: Azərbaycan millisi 2022-ci ildə keçirilən Avropa çempionatının qalibi adını qazanıb.
© Copyright 2026, All Rights Reserved