Millimiz son iki saniyədə öldü - öldü dirildi
Futzal üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
90plus.az xəbər verir ki, yığmamız AVRO-2026-nın əsas seçmə mərhələsində mübarizəyə başlayıb.
V qrupda yer alan Vitali Borisovun komandası İsveçlə görüşüb. Matç Bakı İdman Sarayında baş tutub.
Komandamız erkən qol vursa da, fasiləyə kimi qonaqlar hesabı bərabərləşdiriblər. Fasilədən sonra da ilk fərqlənən tərəf millimiz olub. İsveç yığması sona yaxın hesabda önə keçib. Hesabı açan Oktay Rüstəmli matçın başa çatmasına 2 saniyə qalmış millimizi məğlubiyyətdən xilas edib.
Qeyd: Millimiz növbəti oyununu 2025-ci il yanvarın 31-də səfərdə Xorvatiyaya qarşı keçirəcək.
© Copyright 2026, All Rights Reserved