MOK-də kadr dəyişikliyi yaşanacaq
Yanvarın 7-də Milli Olimpiya Komitəsinin (MOK) IX Hesabat-Seçki Baş Məclisi keçiriləcək.
90plus.az xəbər verir ki, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə sonuncu dəfə hesabat verərək vəzifəsindən ayrılacaq.
73 yaşında təqaüdə çıxacaq Hüseynzadənin yerinə MOK baş katibi Azər Əliyevin seçiləcəyi ehtimal edilir. Həmçinin, MOK-un İdman şöbəsinin müdiri Həsənağa Rzayevin də postundan ayrılacağı gözlənilir.
MOK-un Baş Məclisində də bəzi dəyişikliklər olacaq.
Qeyd: Çingiz Hüseynzadə 1997-ci ilin iyulun 31-dən MOK-un vitse-prezidenti seçilib.
Xatırlatma: MOK-un prezidenti ölkə başçısı İlham Əliyevdir.
Mənbə: prosport.az
© Copyright 2026, All Rights Reserved