Mourinyo Nadalla vidalaşdı: "Darıxacağam"
Joze Mourinyo Nadal haqqında danışdı.
90plus.az xəbər verir ki, 22 “Böyük Dəbilqə” zəfəri olan Rafael Nadal, tennis karyerasını bitirdiyini açıqlamışdı. Bu qərarını elan etdikdən sonra əfsanə tennisçiyə vida edənlərdən biri də Joze Mourinyo oldu.
MOURİNYO: "SƏNDƏN ÖTRÜ ÇOX DARIXACAĞAM, ƏFSANƏ"
Joze Mourinyo paylaşımında, "Səninlə çox oyun oynadım, çox xal və qələbə uğrunda mübarizə apardım. Səndən ötrü çox darıxacağam, əfsanə. Belə möhtəşəm bir tarix yazdığın üçün səni təbrik edirəm" ifadələrini işlədib.
NADALIN VİDASI
Son illərdə yaşadığı zədələrdən sonra əvvəlki formasını itirən Nadal, sosial media hesabında yayımladığı video mesajında, "Peşəkar tennisdən ayrıldığımı sizə bildirmək üçün buradayam. Həqiqət budur ki, çətin illər keçirdim, xüsusilə son iki ildə. Heç bir məhdudiyyət olmadan oynaya biləcəyimi düşünmürəm," ifadəsini işlədib.
© Copyright 2026, All Rights Reserved