Məqsəd İsyev əməliyyat olundu
“Kəpəz”in futbolçusu Məqsəd İsayev əməliyyat olundu.
90plus.az xəbər verir ki, “Kəpəz”in müdafiəçisi Məqsəd İsayev Türkiyənin İstanbul şəhərində uğurlu əməliyyat keçirib.
Klubun yaydığı məlumata görə, futbolçunun çarpaz bağlarında aparılan cərrahi müdaxilə problemsiz başa çatıb. Hazırda müdafiəçinin bərpa prosesinə başlayacağı bildirilir.
Klub rəsmiləri Məqsəd İsayevə tezliklə tam sağalaraq yenidən meydanlara qayıtmağı arzulayıb.
© Copyright 2026, All Rights Reserved