Məşhur hind şahmatçısı Bakıya gəlir - SƏBƏB
Əfsanəvi şahmat ustası, 15-ci dünya çempionu Vişvanatan Anand Bakıda seans keçirəcək.
90plus.az xəbər verir ki, 55 yaşlı qrossmeysterin aprelin 27-də eyni anda ölkənin istedadlı şahmatçıları ilə oyun nümayiş etdirməsi nəzərdə tutulur.
Qeyd: Hindistanlı şahmatçı Azərbaycan çempionatının son qalibi Rauf Məmmədovla rapid və blits partiyalarında qarşılaşacaq. Vişvanatan Anand və Rauf Məmmədov arasında bu turnirin aprelin 27-30-da baş tutması planlaşdırılır.
© Copyright 2026, All Rights Reserved