Məsut Özil: "Azərbaycana sistem gətirmək istəyirik"
"Bizim niyyətimiz sistem gətirməkdir".
90plus.az xəbər verir ki, bunu “Qarabağ” klubunun düşərgəsində qonaq olan Almaniya yığmasının Türkiyə əsilli sabiq futbolçusu Məsut Özil mətbuat konfransında deyib.
Ulduz futbolçu təcrübəsini uşaqlarla bölüşmək istədiyini bildirib:
"Bu yola girərkən ticarət düşünmürəm, Bilirsiniz ki mənim bir karyeram, bacarığım var. Bunları yeni nəslə öyrətmək istəyirəm. Avropada əhali sayı çox az olan ölkələrdən də çox bacarıqlı oyunçular çıxır. Türkiyədə, Azərbaycanda belə futbolçular niyə olmasın?"
© Copyright 2026, All Rights Reserved