Məsut Özil: "Qarabağ" bizim canımızdır"
"Qarabağ" bizim canımız-ciyərimizdir".
90plus.az xəbər verir ki, bunu "Qarabağ" klubunun düşərgəsində qonaq olan Almaniya yığmasının Türkiyə əsilli sabiq futbolçusu Məsut Özil deyib.
Dünya çempionu onu izləməyə gələnlərə təşəkkür edib: "Hamınızı salamlayıram. Gəldiyiniz üçün çox sağ olun. "Qarabağ" komandasına uğurlar arzu edirəm. Burda olduğum üçün xoşbəxtəm. Dəstəyiniz üçün minnətdaram".
Qeyd: Ölkəmizə təşrif buyuran Özil "Azersun Arena"da keçirilən komandanın açıq məşqini izləyir.
© Copyright 2026, All Rights Reserved