Ən yaxşı Palmer və Trampla sürpriz an!
Koul Palmer zirvədə – finalda dubl etdi, turnirin ən yaxşısı seçildi və Trampla sürpriz an yaşadı.
90plus.az xəbər verir ki, “Çelsi”nin gənc ulduzu Koul Palmer 2025 Klublararası Dünya Çempionatında həm final matçının, həm də bütün turnirin ən yaxşı oyunçusu seçilib. İngiltərəli 23 yaşlı futbolçu finalda PSJ-yə qarşı dubl edərək komandasını tarixi zəfərə daşıyıb.
Palmer son illərdə bir-birindən mötəbər turnirlərin final mərhələlərində göstərdiyi performansla böyük səhnələr üçün nə qədər hazır olduğunu bir daha sübut edib:
Palmerin finaldan sonrakı açıqlaması isə sosial şəbəkələrdə sürətlə yayılıb. Futbolçu kuboku qaldırarkən ABŞ-ın sabiq prezidenti Donald Trampın tribunada onu izlədiyini görəndə təəccübünü gizlədə bilmədiyini bildirib:
“Onun orada olacağını bilirdim, amma elə bilirdim ki, sadəcə tribunada əyləşəcək. Kuboku qaldıranda bir də gördüm qarşımda dayanıb – bir az çaşdım!”
“The Athletic”in xəbərinə görə, Donald Tramp matçın şərəfli qonaqlarından biri kimi kubok təqdimatı mərasimində iştirak edib və “Çelsi”nin qalibiyyətini yerində izləyib.
Koul Palmerin möhtəşəm çıxışı “Çelsi”yə tarixi turnirdə ilk dünya çempionluğunu qazandırmaqla yanaşı, onun özünü də dünya futbolunun diqqət mərkəzinə çıxarıb. Ulduz futbolçu hazırda həm İngiltərə millisində, həm də klub səviyyəsində gələcəyin liderlərindən biri kimi göstərilir.
© Copyright 2026, All Rights Reserved