Nagelsmann Virtsin müdafiəsinə qalxdı
Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmann bu yay “Bayer Leverkuzen”dən 100 milyon funt sterlinqə “Liverpul”a keçən və zəif çıxışına görə tənqid olunan Florian Virtzi müdafiə edib.
90plus.az xəbər verir ki, Nagelsmann Virtzin çətinliklərinin qismən “Liverpul”un ümumi problemləri – o cümlədən zəif forma və boşa verilən qol imkanları – ilə bağlı olduğunu vurğulayıb:
“Səmimi desəm, ümumi vəziyyət Flonun işini asanlaşdırmır. Klub ötən ilki qədər sabit deyil. İndi komandaya uyğunlaşmaq xeyli çətindir.
“Mançester Siti” ilə oyuna baxsanız, əslində 90 dəqiqə ərzində daha zəif tərəf onlar idi.
“Belə olan halda Flonun böyük təsir göstərməsi də çətinləşir. Sonda ümumi vəziyyət elədir ki, sadəcə bir az daha çox vaxta ehtiyacı var. Bu isə normaldır; Premyer Liqaya keçən digər futbolçularda da bunu görürsünüz”, – deyə Nagelsmann bildirib.
O, əlavə edib: “Onun nəyə qadir olduğunu hamımız bilirik və bu yaşda olan bir futbolçunun formada eniş yaşaması tamamilə normaldır.
“Onun üç il ardıcıl eyni səviyyədə oynamasını gözləyə bilmərik. Əksinə, hamımız ona bir qədər dəstək olmalıyıq ki, burada başını toparlasın və bəlkə də “Liverpul” onun yaratdığı qol şanslarından bəzilərini dəyərləndirməklə ona kömək edə bilər.
“Bu, bir ideya ola bilər, çünki o, az sayda epizod yaratmır, sadəcə… onlar topu qapıdan keçirməyi çox sevmirlər, bu da həqiqətin bir hissəsidir.”
© Copyright 2026, All Rights Reserved