Nazim Sadıxovdan nadir uğur və 100 min dollar mükafat
Nazim Sadıxov UFC gecəsində parladı — 100 min dollarlıq bonus qazandı.
90plus.az xəbər verir ki, azərbaycanəsilli MMA döyüşçüsü Nazim Sadıxov UFC-də bu gecə keçirilən döyüşündə möhtəşəm performans sərgiləyib. O, həm “Gecənin Döyüşü”, həm də “Ən Yaxşı Nokaut” bonuslarını qazanaraq ümumilikdə 100 min dollar mükafata layiq görülüb.
Sadıxovun bu uğuru UFC rəhbərliyi və azarkeşlər tərəfindən böyük rəğbətlə qarşılanıb. O, gecənin ən yaddaqalan döyüşlərindən birinə imza ataraq, öz adını UFC tarixində bir daha ön plana çıxarmağı bacarıb.
UFC qaydalarına əsasən, hər döyüş gecəsində təşkilat tərəfindən fərqlənən idmançılara maliyyə bonusları təqdim olunur. “Gecənin Döyüşü” mükafatı adətən hər iki idmançıya, “Ən Yaxşı Nokaut” isə fərdi çıxışa görə verilir. Nazim Sadıxov isə hər iki kateqoriyada seçilərək bu nadir uğura imza atıb.
Döyüşdən sonra jurnalistlərə açıqlama verən Sadıxov 100 min dollar bonus qazandığını eşidəndə təəccübünü gizlətməyib və bu xəbəri eşidərkən sevincini zarafatla belə ifadə edib:
“Doğrudan? Məncə mənə bir dənə yetərdi! Bu, böyük motivasiyadır. Əziyyətimin qarşılığını almaq gözəl hissdir. UFC ailəsinin bir parçası olmaqdan qürur duyuram.”
VİDEO: https://t.me/doxsanplus/104393
Bu uğurla Nazim Sadıxov təkcə idman dünyasında deyil, həm də Azərbaycan MMA icmasında nüfuzunu daha da artırmış oldu.
Braziliyalı Nikolas Mottanı nokautla məğlub edən təmsilçimiz Nazim Sadıxovun döyüş sonrası emosional çıxışı:
"Azərbaycandayıq. Məni kimsə burada məğlub etmək istəyirsə, tapança ilə gəlməlidir. Burada ancaq qələbə qazanmalıydım. Rəqibim də kifayət qədər güclü idi. Məni məğlub edə bilmədi. Çünki biz Azərbaycandayıq. Ölkəm üçün canımı verərəm. Mənim ürəyim Azərbaycanla döyünür!”
Sadıxov bu nəticə ilə Bakıda UFC tarixində nokautla qalib gələn ilk azərbaycanlı döyüşçü oldu!
© Copyright 2026, All Rights Reserved