"Neftçi"dən 2 yeni transfer: ABŞ-dan gəlirlər
"Neftçi" basketbol komandası heyətini yeni oyunçularla gücləndirib.
90plus.az xəbər verir ki, məlumatı "Neftçi" İdman Klubunun mətbuat xidməti yayıb.
Azərbaycan Basket Liqasında mübarizə aparan komanda ABŞ-dən olan iki basketbolçu ilə anlaşıb.
Derrel Camal Brentli və De Ancelo Uilyam Stüart ilə rəsmi müqavilə imzalanıb.
Qeyd: "ağ-qaralar" bu gün Ayzeya Lyuis, Alonso Kempbel, Broderik Robinson və Bobi Harvi ilə vidalaşdıqlarını açıqlayıb.
© Copyright 2026, All Rights Reserved