Neymar başladığı yerə geri dönür
Neymar "Santos"a geri dönmək istəyir.
90plus.az xəbər verir ki, braziliyalı ulduzun, yetişdiyi və "Barselona" klubunun qapılarını ona açan keçmiş klubuna geri qayıtmaq qərarı aldığı bildirildi. "Fichajes"in məlumatına görə Neymarın yeni istiqaməti isə "Santos" olacaq. Neymarın qayıdışı Braziliya Liqasının yenidən canlanması və beynəlxalq diqqəti Braziliya futboluna çəkmək üçün bir fürsət kimi görülür. Xəbərdə bu transferin baş vermə ehtimalının futbol azarkeşlərini çox həyəcanlandırdığı qeyd olunub.
Neymarın "Santos"a dönüşünün təsiri isə yalnız meydanla məhdudlaşmayacaq. Neymar, 2023-cü ilin yayında keçdiyi "Al-Hilal" klubunda cəmi 5 oyuna çıxa bilib. 32 yaşlı futbolçu bu qarşılaşmalarda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved