Neymar həkimlərə rəğmən oynayacaq
Neymar zədəsinə baxmayaraq oynamağa davam edəcək – həkimlərin məsləhətinə əməl etmir.
90plus.az xəbər verir ki, Neymarın sağlamlıq durumu Braziliyada ciddi müzakirə mövzusuna çevrilib. Məlumata görə, ulduz futbolçu həkimlərin tövsiyələrinə baxmayaraq zədəsi ilə meydanda olmağa davam etmək qərarı verib.
Təcrübəli hücumçunun sol dizində qığırdaq zədəsi (menisk) aşkarlanıb və ona artroskopiya əməliyyatı məsləhət görülüb. Lakin Neymar hazırda çıxış etdiyi “Santos”un liqadan düşməməsi üçün oynamağa davam etmək istəyir və əməliyyatı təxirə salır.
Mənbələr bildirir ki, o, mövsümün həlledici matçlarında komandaya kömək etmək üçün riskə gedir. Bu qərar onun fiziki durumunu daha da ağırlaşdıra bilər, lakin futbolçu hazırkı mərhələdə komandaya dəstək verməyi üstün tutur.
ℹ️ Mənbə: geglobo
© Copyright 2026, All Rights Reserved