Neymar millidə Titeni istəyir
Braziliyalı futbol ulduzu Neymar ("Santos") Titenin yenidən Braziliya millisinin baş məşqçisi olmasını istəyir.
90plus.az xəbər verir ki, komandanın üzvləri Argentinaya məğlubiyyətdən (1:4) sonra "WhatsApp"da müzakirə aparıblar. Neymar Titenin qayıdışının tərəfdarı olduğunu bildirib. O, 63 yaşlı mütəxəssisi karyerasında birgə işlədiyi baş məşqçilər arasında ən yaxşı adlandırıb.
Hücumçunun Titeyə dəstəyi Jorje Jesusun yığmaya mümkün təyinatı ilə bağlı olduğu da iddia edilir. Neymar "Al Hilal"da çıxış etdiyi vaxt portuqaliyalı baş məşqçi ilə münaqişə yaşayıb.
Jorje Jesus Braziliya Futbol Konfederasiyası üçün "B" variantıdır. O, mövsüm başa çatandan sonra milliyə başçılıq etməyə hazırdır. Qurumun prezidentinin əsas hədəfi Karlo Ançelottidir.
📰: R7 Esportes & Globo
© Copyright 2026, All Rights Reserved