Neymarı milliyə qaytarmaq kampaniyası başladı
Neymarın yığmaya qayıdışı üçün kampaniya başladı — Ançelotti mövqeyini açıqladı.
90plus.az xəbər verir ki, Braziliyada son günlər Neymarın milliyə qayıtması ilə bağlı geniş müzakirələr gedir. Keçmiş futbolçular, ekspertlər və jurnalistlər 32 yaşlı ulduzun iki illik fasilədən sonra yığmaya qayıdaraq komandanı 2026-cı il Dünya Kubokuna aparmasını istəyirlər.
Lakin Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti mövzuya ehtiyatla yanaşır. Mətbuat konfransında bir jurnalist ondan “komandaya 20–30 dəqiqə ərzində kömək edə biləcək texniki cəhətdən istedadlı oyunçuları Dünya Kubokuna aparmağı düşünürmü” deyə soruşub.
Ançelotti suala belə cavab verib:
“Elə ola bilər ki, bizə bir neçə dəqiqə kömək edə biləcək oyunçuları aparım. Amma aparmayacağım bir nəfər varsa, o da Dünya Kubokunun intensivliyinə tab gətirməyən oyunçudur. Qətiyyən. Bizə fiziki baxımdan ən üst səviyyədə olan futbolçular lazımdır.”
Ançelottinin bu sözləri bir çox braziliyalı azarkeş tərəfindən Neymarın hələ tam formada olmamasına işarə kimi qiymətləndirilib. Futbolçunun hazırda Səudiyyə Ərəbistanında “Əl-Hilal” klubunda zədədən sonra bərpa prosesini davam etdirdiyi bildirilir.
© Copyright 2026, All Rights Reserved