Neymar Vinisiusa qızıl məsləhət verdi
Neymardan Vinisiusa məsləhət: “Real Madrid”də qal, mənim səhvimi təkrarlama”!
90plus.az xəbər verir ki, Braziliya millisinin ulduzu Neymar “Real Madrid”in əsas oyunçularından Vinisius Juniora klubla yeni müqavilə imzalamağı tövsiyə edib. OK Diario-nun məlumatına görə, Neymar həmvətəninə “daha böyük rol” axtarışı ilə yanlış qərar verməməsi barədə xəbərdarlıq edib.
Neymar Viniyə bildirib ki, vaxtilə “Barselona”dan ayrılıb PSJ-yə keçməsi onun karyerasını planlaşdırdığı istiqamətdən uzaqlaşdırdı. Braziliyalı ulduzun sözlərinə görə, ən doğru addım dəyər verildiyin klubda qalmaqdır.
Mənbə iddia edir ki, Neymar Vinisius Juniora israrla “Real Madrid”də qalmağın həm oyun, həm də karyera inkişafı baxımından ən sağlam seçim olduğunu deyib.
“Real Madrid”in Vinisiusla yeni uzunmüddətli müqavilə üzrə danışıqları davam etdirilir.
© Copyright 2026, All Rights Reserved