Niderland millisinin üzvü zədələndi
Niderland milli komandasının heyətində ciddi itki yaşanıb.
90plus.az xəbər verir ki, müdafiəçi Denzel Dumfris zədələnib.
Ayağındakı ağrılar səbəbindən "İnter"in sağ cinah müdafiəçisi milli komandanın heyətindən çıxarılıb. 29 yaşlı oyunçu klubuna geri dönəcək.
Xatırlatma: Niderland yığması bu gecə Bakı vaxtı ilə 23:45-də səfərdə Polşa ilə qarşılaşacaq. "Narıncılar" 3 gün sonra isə doğma meydanda Litvanı qəbul edəcək.
© Copyright 2026, All Rights Reserved