Nigeriya millisi məşqləri boykot etdi
Nigeriya milli komandasının futbolçuları və məşqçiləri Mərakeşdə keçiriləcək məşqə çıxmaqdan imtina ediblər.
90plus.az xəbər verir ki, bu addım cümə axşamı Qabonla keçiriləcək vacib Dünya Çempionatı pley-off oyunu ərəfəsində baş verib.
Komanda 2019-cu ildən bəri ödənilməyən bonuslara etiraz olaraq çərşənbə axşamı məşqini boykot ediblər.
“Super Qartalların heç bir futbolçusu 2025 Afrika Millətlər Kubokuna və 2026 Dünya Çempionatı pley-off mərhələsinə vəsiqə qazanmalarına görə nəzərdə tutulan ödənişləri almayıb,” — komanda Nigeriya Futbol Federasiyasına (NFF) belə bir açıqlama göndərib.
Nigeriya cümə axşamı Qabonla pley-off mərhələsinin ilk yarımfinalında qarşılaşacaq. Qalib gələn tərəf Kamerun – Konqo duelinin qalibi ilə final oyununda üz-üzə gələcək.
Dünya Çempionatına vəsiqə qazanmaq üçün həlledici oyunlar isə mart ayında keçiriləcək qitələrarası pley-offda müəyyənləşəcək.
© Copyright 2026, All Rights Reserved