Nuri Şahinin əsas döyüşçüsü zədələndi
Karim Adeyeminin zədəsi ciddi imiş.
90plus.az xəbər verir ki, Nuri Şahinin komandası "Borussiya Dortmund", Çempionlar Liqasında Şotlandiyanın "Seltik" komandasını 7-1 məğlub edərək bütün diqqəti öz üzərinə çəkmişdi.Ancaq Şahinin sevinci yarım qaldı.
Oyun zamanı 3 qol vuran və zədələnən Karim Adeyeminin zədəsinin ciddi olduğu məlum oldu.
Alman komandasının tibbi heyəti, hücumçunun bir ay meydanlardan uzaq qalacağını bildirdi.
Nuri Şahinin sevimlisi olan 22 yaşlı futbolçu, bu mövsüm 8 oyunda 5 qol vurub.Karim Adeyemi həmçinin 5 assist edərək bütün diqqəti özünə cəlb edib.
© Copyright 2026, All Rights Reserved