“O, qaçmadı, amma 2 qol vurdu“
"Real"ın baş məşqçisi Karlo Ançelotti braziliyalı fenomen Ronaldo ilə arasında keçən maraqlı dialoqu bölüşüb.
90plus.az xəbər verir ki, 65 yaşlı italiyalı mütəxəssis "Milan" xatirələrindən danışarkən Ronaldo ilə arasında keçə maraqlı söhbəti danışıb:
"Milan"da olarkən Ronaldo ilə müqavilə imzaladıq. O, 100 kilo idi və debüt oyunundan əvvəl ona belə oynaya bilməyəcəyini, arıqlamalı olduğunu söylədim.
O, dedi ki, əgər qaçmağımı istəyirsinizsə, məni ehtiyat oyunçular skamyasına otuzdurun, amma qol vurmağımı istəyirsinizsə, oynadın. Mən oynatdım. "O, qaçmadı, amma 2 qol vurdu."
Qeyd: Ronaldo Nazario 1 mövsüm - 2007/08-də "Milan"da oynayıb, 20 oyuna çıxıb, 9 qolu var.
© Copyright 2026, All Rights Reserved