Olimpiya çempionumuz bürünc qazandı!
Olimpiya çempionumuz Zelim Kotsoyev dünya çempionatında bürünc medal qazandı.
90plus.az xəbər verir ki, Azərbaycan cüdoçusu Zelim Kotsoyev Macarıstanda keçirilən dünya çempionatında möhtəşəm nəticəyə imza atıb. -100 kq çəki dərəcəsində mübarizə aparan təcrübəli idmançı turniri bürünc medalla başa vurub.
Kotsoyev üçüncü yer uğrunda görüşdə Cənubi Koreya təmsilçisi Seheon Kimə qalib gələrək fəxri kürsüyə yüksəlib. Bu nailiyyət onun beynəlxalq arenadakı stabil çıxışlarının daha bir təsdiqi oldu.
Təəssüf ki, digər tanınmış cüdoçumuz, olimpiya çempionumuz Hidayət Heydərov (73 kq) mundialla gözlənilməz şəkildə mübarizəni 1/16 final mərhələsində vidalaşıb.
Xatırlatma: Azərbaycan bu dünya çempionatında fərdi yarışlarda 13 cüdoçu ilə (9 kişi, 4 qadın) təmsil olunur. İndiyədək Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və son olaraq Zelim Kotsoyev öz çəki dərəcələrində bürünc medallara sahib olublar. Komandamız yarışın növbəti mərhələlərində qarışıq komanda turnirində də qüvvəsini sınayacaq.
© Copyright 2026, All Rights Reserved