"Omonia" Bakıya azarkeşsiz gələcək
"Omoniya" Bakıda "Araz-Naxçıvan"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda dəstəksiz qalacaq.
90plus.az xəbər verir ki, bu barədə Nikosiya klubunun mətbuat xidməti açıqlama yayıb.
Məlumatda qeyd olunub ki, komandanın Azərbaycana səfəri üçün bütün icazələr yalnız bu gün verildiyi üçün fanatları Bakıya aparmaq mümkün olmayacaq.
Eyni zamanda vurğulanıb ki, Bakıya təkbaşına gəlmək istəyində olanların klubla əlaqə saxlamaları istənilib.
Xatırlatma: “Araz-Naxçıvan” – “Omoniya” qarşılaşması avqustun 7-də, saat 20:00-da “Dalğa Arena”da keçiriləcək. Cavab oyunu isə bir həftə sonra Nikosiyada baş tutacaq.
© Copyright 2026, All Rights Reserved