“Omoniya”nın çalışdırıcısı “Araz”dan danışdı
Henninq Berq: “Növbəti mərhələdə daha keyfiyyətli rəqibə qarşı oynayacağıq”.
90plus.az xəbər verir ki, UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Araz-Naxçıvan”la qarşılaşacaq “Omoniya”nın (Kipr) baş məşqçisi Henninq Berq 2-ci mərhələdə “Torpedo”ya (Gürcüstan) qarşı keçirilən cavab oyunundan sonra fikirlərini bölüşüb.
Norveçli mütəxəssis komandasının 4:0 hesablı qələbəsini belə dəyərləndirib:
“Bu performansımızdan çox razıyıq. İlk oyunda yaxşı çıxış etdik, amma istədiyimiz qədər qol vura bilmədik. Cavab matçı daha balanslı keçdi, vurduğumuz qollar keyfiyyətimizi ortaya qoydu”.
Berq həmin vaxt davam edən “Araz-Naxçıvan” – “Aris” (Yunanıstan) oyunu ilə bağlı da qısa fikir bildirib:
“Növbəti mərhələdə daha yaxşı komandaya qarşı oynayacağımızı düşünürəm. Ola bilsin ki, rəqibimiz “Aris” olacaq. Amma onların mərhələni keçib-keçməyəcəyini bilmirəm. “Araz-Naxçıvan” da güclü komandadır. Futbolda hər şey nəticələrə görə qiymətləndirilir”.
Qeyd: Bakıda “Aris”i 2:1 hesabı ilə məğlub edən “Araz-Naxçıvan” səfərdəki 2:2 hesablı heç-heçə sayəsində növbəti mərhələyə yüksəlib və “Omoniya” ilə qarşılaşmaq hüququ qazanıb. Təmsilçimiz ilk oyunu avqustun 7-də Bakıda, cavab görüşünü isə avqustun 14-də səfərdə keçirəcək.
© Copyright 2026, All Rights Reserved