Onana De Xeanın 12 ildə etdiyini 2 ildə edir
"Mançester Yunayted" heyətində qola səbəb olan səhvlərin sayına görə Andre Onana "rekord vurub".
90plus.az xəbər verir ki, 12 il (2011-2023) komandanın qolkiperi olan David De Xea bu göstəricidə 17-ə çatıbsa, Andre Onana cəmi 2 ildə (2023-2025) 12 qola səbəb olan səhvi passivinə yazdırıb.
Qeyd: 28 yaşlı kamerunlu futbolçu bu mövsümdə ümumən 35 oyuna 49 qol buraxıb.
ƏLAVƏ: Futbol insayderi Fabrizio Romao "Givemesport"a belə bir bülleten yazıb:
“Qırmızı şeytanlar” bir neçə ulduzun çıxışından narahatdırlar. Onana da onlardan biridir. Ötən həftəsonu "Everton" ilə 2-2 hesablı heç-heçədə göstərdiyi performansdan sonra ağır tənqidlərlə üzləşən 28 yaşlı qapıçı həm də Yunaytedin 3-2 hesablı qələbəsi zamanı İpsviç Taunun hər iki qolunda əsas rol oynadı".
© Copyright 2026, All Rights Reserved