Oven Arnolda haqq qazandırdı: "O artıq əfsanədir"
Vaxtilə "Liverpul"dan "Real Madrid"ə keçən Maykl Oven Trent Arnoldu dəstəkləyib.
90plus.az xəbər verir ki, o, Trent Aleksandr Arnoldun "Real Madrid"ə getməyinə haqq qazandırıb:
"Azarkeşlərə "klubuna sadiq qal, böyük pulların arxasınca qaçma" demək asandır. Məsələ pulda deyil. Sadəcə, Trent bir gün geriyə baxıb belə bir böyük fürsəti əldən verdiyinə görə təəssüf hissi keçirmək istəmir.
"Hər futbolçunun bir karyerası var. Ola bilsin, Trent üçün həlledici andır və karyerasının qalan illərini "Real Madrid"də keçirəcək. O, yəqin ki, özünü xarici liqada və yeni mühitdə sınamaq istəyir.
"Trent artıq "Liverpul"un əfsanəsidir və bu klub ilə hər şeyi qazanıb. İndi isə özü üçün ən doğru qərarı verməlidir. Mən ayrılmaq qərarına gələndə həmin Liverpool indiki qədər yaxşı deyildi. Hazırda "Liverpul" Avropanın ən güclü komandalarından biridir".
Qeyd: Bir zamanlar Oven özü də "Liverpul"dan "Real Madrid"ə transfer olunmuşdu.
© Copyright 2026, All Rights Reserved