Palmerdən şou - "Çelsi" Dünya çempionu oldu
2025 FIFA Klublararası Dünya Kubokunun final qarşılaşmasında İngiltərə təmsilçisi "Çelsi" ABŞ-ın Nyu-Cersi ştatındakı MetLife stadionunda Fransa nəhəngi PSJ üzərində inamlı qələbə qazanaraq turnirin qalibi olub – 3:0.
90plus.az xəbər verir ki, matça üstün başlayan "Çelsi" 22-ci dəqiqədə Kol Palmerin zərif zərbəsi ilə hesabı açdı. Yalnız 8 dəqiqə sonra, 30-cu dəqiqədə yenə də Palmer fərqlənərək fərqi iki topa yüksəltdi. İlk hissəyə nöqtəni 43-cü dəqiqədə Joao Pedro qoydu – 3:0.
Qollar və epizodlar:
https://t.me/doxsanplus/105150
https://t.me/doxsanplus/105151
https://t.me/doxsanplus/105152
https://t.me/doxsanplus/105156
https://t.me/doxsanplus/105158
Kol Palmer ilk hissədə 2 qol və 1 məhsuldar ötürmə ilə komandasının qələbəsində əsas fiqura çevrildi.
Görüşün ikinci hissəsində hesab dəyişməsə də, 86-cı dəqiqədə PSJ-nin futbolçusu Joao Neves birbaşa qırmızı vərəqə ilə meydandan qovuldu və parislilər 10 nəfərlə oyunu başa vurdu.
Bu nəticə ilə "Çelsi" Klublararası Dünya Kubokunun qalibi oldu. Komanda ilk dəfə 2022-ci ildə finalda Braziliyanın "Palmeýras" klubunu əlavə vaxtda 2:1 hesabı ilə məğlub edərək bu titula yiyələnmişdi.
VİDEO: Klublararası Dünya Çempionu – “Çelsi”nin "MetLife” Stadionunda mükafatlandırılması:
https://t.me/doxsanplus/105159
PSJ qrup mərhələsində "Atletiko Madrid" və "Sietl Saunders" klublarına qalib gəlsə də, "Botafoqu" qarşısında aciz qalmışdı. Luis Enrikenin komandası 1/8 finalda "İnter Mayami"ni 4:0, 1/4 finalda "Bayern Münhen"i 2:0, yarımfinalda isə "Real Madrid"i 4:0 hesabı ilə məğlub etmişdi.
"Çelsi" isə öz qrupunda "Los Anceles Ef-Si" və "Esperans Tunis" üzərində qələbə qazanmış, yalnız "Flamenqo"ya məğlub olmuşdu. London klubu 1/8 finalda "Benfika"ya 4:1, 1/4 finalda "Palmeýras"a 2:1 və yarımfinalda "Fluminense"ni 2:0 hesabı ilə üstələyərək finala yüksəlmişdi.