Paris-2024: Keyfiyyətsiz medallara görə BOK-a rəsmi müraciət!
Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) idmançılarımızın medallarının keyfiyyətini itirməsi ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə (BOK) rəsmi müraciət edib.
90plus.az xəbər verir ki, medal qazanan olimpiyaçılarımız bu ay Milli Olimpiya Komitəsinə medalların keyfiyyətsizləşməsi ilə bağlı müraciət ünvanlayıblar.
Milli Olimpiya Komitəsi araşdırmalar aparıb və məlum olub ki, cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov (73 kq) və sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedovdan (97 kq) başqa, digər beş idmançının medallarında ciddi dəyişiklik baş verib.
Keyfiyyətini itirən medallar:
Qeyd: BOK-dan bu müraciətlə bağlı cavab gəldikdən sonra medalların geri qaytarılması və yeniləri ilə əvəz olunmasıyla bağlı növbəti addımlar atılacaq.
© Copyright 2026, All Rights Reserved