Pep Xusanov haqda: “İnanılmaz təvazökardır”
”Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola özbək futbolçu Xusanov haqqında danışıb.
90plus.az xəbər verir ki, ötən gecə "Tottenhem 0-1 Man Siti" oyunundan sonra jurnalistlərin 20 yaşlı özbək müdafiəçi Abdukodir Xusanov haqda sualına Pep belə cavab verib:
”Xusanov oyunlara gələndə heç bir çanta, əlavə əşya gətirmir. Sadəcə futbol oynamağa gəlir. O, komanda daxilində inanılmaz dərəcədə sevilir. Onunla danışanda ancaq gülümsəyir. Heç bir şikayəti yoxdur. İnanılmaz dərəcədə təvazökardır.
Onun sürəti inanılmazdır, topu idarə etmə bacarığı müstəsnadır. Xətləri qırır, keyfiyyətli ötürmələr edir. 20 yaşı var, hələ çox şeyi öyrənməlidir, amma potensialı böyükdür".
📰: Fabrizio Romano
© Copyright 2026, All Rights Reserved