“Petrokub – Sabah”: Start heyət bəllidir
“Petrokub” – “Sabah” oyunu üçün heyətlər açıqlanıb.
90plus.az xəbər verir ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində bu gün keçiriləcək “Petrokub” (Moldova) – “Sabah” (Azərbaycan) matçı üçün start heyətləri bəlli olub. Qarşılaşma saat 21:00-da başlayacaq.
“Sabah”ın start heyəti:
Qapıda Stas Pokatilov. Müdafiə xəttində Rəhman Daşdəmirov, Stiv Solvet, İqor Noqeyra və Akim Zedadka. Yarımmüdafiədə Anatoli Nuriyev, Zinədin Uld Xaled, İvan Lepenitsa və Cesse Sekidika. Hücumda Coy-Lens Mikels və kapitan Pavol Safranko.
Ehtiyat:
Nicat Mehbalıyev, Rüstəm Samiqullin, Amin Seydiyev, Abdullah Xaybullayev, Boyan Letiç, Ayaz Quliyev, Kahim Parris, Tellur Mütəllimov, Umarali Raxmonaliyev, Andrey Viktor, Xəyal Əliyev, Nyeqoş Kupusoviç.
“Petrokub”un start heyəti:
Qapıda Silviu Smalenea. Müdafiədə İon Cardan (kapitan), Maksim Potirniçe, Sedrik Nqa və İon Bors. Yarımmüdafiədə Serjiu Platiça, Cessi Cou, Teodor Lunqu və Viktor Boqasius. Hücumda isə Maksim Kojokaru və Mihaay Lupan.
Ehtiyat:
Dodon, Koval, Kukoş, Şpataru, Demian, Popesku, Paşkaluça, Rotaru, Diyinari, Puşkaş, Decev.
Qarşılaşma Azərbaycan klubu üçün avrokubok mövsümünün başlanğıcı olacaq. “Sabah” səfərdən üstün nəticə ilə dönmək istəyir.
© Copyright 2026, All Rights Reserved