Podolski: "Ronaldo ilə adımın çəkilməsi fəxrdir"
40 yaşlı polşalı hücumçu Lukas Podolski Kriştiano Ronaldo haqqında danışdı.
90plus.az xəbər verir ki, bu barədə yerli mətbuata Lukas Podolski açıqlama verib.
Jurnalist: “Avro-2004-də 368 futbolçu iştirak edib. Onlardan cəmi 2-si hələ də aktivdir: Lukas Podolski — bəs digəri kimdir?”
Lukas Podolski: “Kriştiano Ronaldo! Bunu haradasa oxumuşam… əlbəttə ki, bununla qürur duyuram.
Əgər 20 ildən çox bu səviyyədə qalmaq istəyirsənsə, zehni cəhətdən güclü olmalı və futbolu sevməlisən.
Futbol — duyğudur, futbol — ehtirasdır. Bu idmandan ayrılmaq çox çətindir”.
📌 FCBayern
© Copyright 2026, All Rights Reserved