Polşalı qapıçı daha bir il "Barselona"da
"Barselona" klubu polşalı qapıçısı Voytsex Şensnı ilə müqaviləni uzatmağa yaxındır.
90plus.az xəbər verir ki, tərəflər artıq şifahi razılığa gəliblər. Son detalları müzakirə etdikdən sonra qapıçı 2026-cı ilin iyun ayına qədər yeni müqaviləyə imza atacaq.
Xatırlatma: "Barselona" təcrübəli qolkiperlə 2024-cü ilin oktyabr ayının əvvəlində müqavilə bağlamışdı. Bu addım, kataloniyalıların əsas qapıçısı Mark-Andre ter Ştegenin ciddi zədələnməsindən sonra atılmış və tərəflər bir illik anlaşma əldə etmişdilər.
34 yaşlı qapıçı cari mövsümdə artıq 17 oyunda meydana çıxıb. O, 16 dəfə qapısından top buraxıb və 9 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.
© Copyright 2026, All Rights Reserved