Qadın güləşçimiz Dünya çempionatının finalında
Bolqarıstanın Samokov şəhərində təşkil olunan U-20 dünya çempionatı güləş yarışları ilə davam edir.
90plus.az xəbər verir ki, turnirin dördüncü günündə 62 kq çəki dərəcəsində çıxış edən Ruzanna Məmmədova mübarizəyə qoşulub.
Avropa çempionu ilk görüşündə Qazaxıstandan olan Aydana Şorayevanı 11:0 hesabı ilə tam üstünlüklə məğlub edib. 1/4 final mərhələsində o, Özbəkistan təmsilçisi Nigina Sabirova ilə gərgin qarşılaşmadan 3:2 hesabı ilə qalib ayrılıb. Yarımfinalda isə Ruzanna türkiyəli Büşra Efe üzərində “tuş”la qələbə qazanaraq adını finala yazdırıb. Bu, onun U-20 dünya çempionatlarında ilk finala yüksəlişidir.
Təmsilçimiz həlledici qarşılaşmada Çin güləşçisi Yanqjen Yanqjenə qarşı mübarizə aparacaq.
© Copyright 2026, All Rights Reserved