"Qalatasaray" "Borussiya"nın futbolçusuna maraq saldı
“Qalatasaray” komandası “Borussiya”nın futbolçusu Yulian Brandtla yaxından maraqlanır.
90plus.az xəbər verir ki, Türkiyə çempionu alman oyunçunu heyətinə qatmaqda israrlıdır.
Yulian Brandtın “Borussiya” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq və futbolçu özü də Türkiyəyə keçməyə hazırdır. “Qalatasaray”da çıxış edən Leroy Sane də həmvətənliyi ilə əlaqə saxlayaraq onun fikrini öyrənib.
29 yaşlı futbolçunun “Borussiya” ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. O, karyerasına “Volfsburq”da başlayıb, daha sonra “Bayer Leverkuzen”ə keçib və 2019-cu ildə “Borussiya” ilə razılaşıb.
© Copyright 2026, All Rights Reserved