"Qalatasaray" ilə Seneqal FF arasında problem
"Qalatasaray" futbolçusu İsmail Yakobsu millisinə göndərmədi, problem yaşandı.
90plus.az xəbər verir ki, "Qalatasaray" oyunçusu İsmail Yakobsu milliyə göndərməkdən imtina edib. Buna Seneqal Futbol Federasiyasından açıqlama gəldi:
"‘Qalatasaray’ klubunun həkimindən cümə və şənbə günü oyunçu İsmail Yakobsun zədələndiyi və Seneqal Milli Komandasına göndərilə bilməyəcəyi haqqında bir bildiriş aldıq.
Lakin federasiya, İsmail Yakobsun bu bazar günü klubu ‘Qalatasaray’ tərəfindən liqa oyununda meydana çıxarıldığını və oyunun tamında iştirak etdiyini gördü.
Bu vəziyyətlə üzləşən Seneqal Futbol Federasiyası oyunçunun milli komandaya çağırıla bilməsi üçün dərhal sərbəst buraxılmasını tələb etdi.
Yakobs dünən İstanbuldan ayrıldı və bu səbəbdən bazar ertəsi səhər milli komandaya geri döndü."
© Copyright 2026, All Rights Reserved