"Qalatasaray"ın hücumçusu İtaliyaya qayıda bilər
“Qalatasaray”ın mərkəz hücumçusu Mauro İkardi karyerasını “Milan”da davam etdirə bilər.
90plus.az xəbər verir ki, bu barədə məlumatı insayder Matteo Moretto sosial şəbəkələr vasitəsilə paylaşıb.
32 yaşlı forvard “rossoneri”yə təklif olunub. Milan hücum xəttini gücləndirmək və mümkün qədər Santyaqo Ximenesin yerini doldurmaq niyyətindədir. İkardi isə son dövrlərdə İstanbul klubunda əsas heyətdəki mövqeyini itirdiyi üçün komandadan ayrılmaq imkanını istisna etmir.
Qeyd: Argentinalı oyunçu 2023-cü ilin iyul ayında “PSJ”dən 10 milyon avroya “Qalatasaray”a transfer olunub. Cari mövsümdə İkardi klub səviyyəsində 20 oyunda çıxış edib və 7 qol vurub.
© Copyright 2026, All Rights Reserved