Qananın baş məşqçisi millini rədd edən futbolçulara söz yolladı
Qana millisi 2026-cı il Dünya Çempionatına vəsiqə qazandıqdan sonra, əvvəllər yığmaya qoşulmaqdan imtina edən bəzi futbolçular indi komandanın heyətində yer almaq istəyirlər.
90plus.az xəbər verir ki, millinin baş məşqçisi Otto Addo bu mövzuya münasibət bildirib:
“2021 və 2022-ci illərdə bizimlə danışıb ‘yox’ deyən futbolçular indi gəlmək istəyirlər, çünki biz Dünya Çempionatına çıxmışıq. Amma elə şey yoxdur. Qana hər şeydən əvvəl milli qürurunu qorumalıdır.”
Qana yığması ötən həftə keçirilən seçmə mərhələnin son oyununda inamlı qələbə qazanaraq, 2026-cı il Dünya Çempionatına vəsiqə əldə edib.
© Copyright 2026, All Rights Reserved