"Qarabağ"ı yıxan hakim "Araz"ın oyununda
"Araz"ın oyununa çexiyalı hakim Miroslav Zelinka təyinat aldı.
90plus.az xəbər verir ki, çexiyalı hakim bu dəfə baş hakim ola bilməyəcək.
Miroslav Zelinka ölkəmizdə hələ də yaxşı xatırlanır. O, "Qarabağ"ın avrokuboklarda yolunu kəsən şəxs kimi yadda qalıb. Çexiyalı referi Avropa Liqasının 2014/2015 mövsümündə "Qarabağ"ın növbəti mərhələyə yüksəlməsinə mane olmuşdu. Bakıda "İnter"ə qarşı keçirilən görüşdə təmiz qolumuzu qeydə almamış, nəticədə "Dnepr"in irəliləməsinə şərait yaratmışdı.
İndi isə Zelinka yenidən avrokubok təmsilçimizin qarşılaşmasında iştirak edəcək. Bu dəfə isə "Araz-Naxçıvan"ın matçı üçün ölkəmizə təşrif buyurur. Şükürlər olsun ki, bu dəfə nə baş hakimdir, nə də VAR hakimi. O, "Araz-Naxçıvan"la "Omoniya" arasında keçiriləcək oyunda AVAR (ehtiyat VAR) funksiyasını yerinə yetirəcək.
© Copyright 2026, All Rights Reserved