“Qarabağ”ın qapıçısı AVRO-2024 heyətində!
Gürcüstan millisinin Avro-2024 üçün açıqlanan yekun heyətində "Qarabağ"ın qapıçısı Luka Quqeşaşvili də yer alır.
90plus.az xəbər verir ki, heyətdə onunla bərabər daha iki qapıçı var. "Valensiya"da çıxış edən Giorgi Mamardaşvili və "Dinamo Tbilisi"dən Giorgi Loria.
Qeyd: iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək Avropa çempionatında Gürcüstan millisi Türkiyə, Portuqaliya və Çex Respublikası ilə bərabər F qrupunda yarışacaq.
Mənbə: Gürcüstan Futbol Federasiyası
© Copyright 2026, All Rights Reserved