Qaşım Maqomedov Yunanıstanda mükafat aldı
Azərbaycan taekvondoçusu, Paris-2024 Olimpiadasının gümüş medalçısı Qaşım Maqomedov idmanda nümunəvi davranışına və etik dəyərlərə sadiqliyinə görə Avropa Ədalətli Oyunlar Hərəkatının “Ədalətli oyun ruhu” mükafatına layiq görülüb.
90plus.az xəbər verir ki, Mayın 18-də Yunanıstanın Olimpiya şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatının Qala mükafatlandırma mərasimi keçirilib.
Qala gecəsində idmanda dürüstlük, hörmət və həmrəyliyi təcəssüm etdirən fərdlər, idmançılar və idman təşkilatları mükafatlandırılıblar.
Mərasimdə Milli Olimpiya Komitəsi tərəfindən namizədliyi irəli sürülən taekvondoçumuz, Paris-2024-ün gümüş mükafatçısı Qaşim Maqomedov idmanda nümunəvi davranışına və etik dəyərlərə sadiqliyinə görə Avropa Ədalətli Oyunlar Hərəkatının “Ədalətli Oyun ruhu” mükafatına layiq görülüb.
Tədbirdə Qaşim Maqomedovun Avropa təşkilatına ünvanladığı videoçarx da nümayiş etdirilib.
© Copyright 2026, All Rights Reserved