Qismət Alıyev: “Oyun üçün tam hazırıq”
Qismət Alıyev: “Ən yaxşı oyunumuzu göstərmək üçün hazırıq”.
90plus.az xəbər verir ki, UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Zirə” ilə “Hayduk” arasında baş tutacaq ilk qarşılaşmadan öncə təşkil olunan mətbuat konfransında “qartallar”ın kapitanı Qismət Alıyev jurnalistlərin suallarını cavablandırıb.
Təcrübəli yarımmüdafiəçi qarşıdakı oyunun əhəmiyyətinə diqqət çəkib və komandanın tam hazır vəziyyətdə olduğunu bildirib:
“Hər iki komanda üçün vacib qarşılaşmadır. Baş məşqçilərimiz bizə lazımi məlumatları çatdırıblar. Oyun üçün tam hazırıq. Səylə çalışacağıq ki, ilk matçdan istədiyimizi alaq və meydanda ən yaxşı oyunumuzu göstərək”.
Qeyd: Zirə” – “Hayduk” oyunu iyulun 23-də, saat 19:30-da “Neftçi Arena”da keçiriləcək.
© Copyright 2026, All Rights Reserved