Qırmızı vərəqəli Mbappe kubokun finalında olacaq
Kilian Mbappe İspaniya Kubokunun finalında meydanda ola biləcək.
90plus.az xəbər verir ki, ”Real Madrid”in hücumçusu Alaves ilə matçda (1:0) aldığı qırmızı vərəqəyə görə 1-3 oyunluq cəzalanacaq.
Görüşün baş hakimi Cesar Soto Grado protokolda həmin epizodu ciddi qayda pozuntusu deyil, top uğrunda mübarizə olaraq dəyərləndirib. Referinin qərarı fərqli olsa idi, Mbappe 3-5 matçlıq diskvalifikasiya ala bilərdi.
Forvard 4 oyunluq cəzalansa idi, İspaniya Kubokunun finalındakı, 5 görüşlük cəza halında isə həmçinin La Liqadakı “El Klasiko”nu buraxacaqdı.
Mbappe etdiyi hərəkətə görə rəqibi Antonio Blanko və komanda yoldaşlarından üzr istəyib.
📰: El Chiringuito; AS; Yahoo Sports
© Copyright 2026, All Rights Reserved