DÇ-2026: Qrupumuzda ikinci yeri Ukrayna tutdu
90plus.az xəbər verir ki, Dünya Çempionatı Avropa zonası D qrupunda Ukrayna və İslandiya milli komandaları qarşılaşıb. Oyun Polşada baş tutub.
Matçın ilk hissəsi qolsuz başa çatdı. Ukraynanın start heyətində yer alan Zubkov 83-cü dəqiqədə hesabı açaraq komandasını önə keçirib. Daha sonra 90+3-cü dəqiqədə Qutsulyak fərqi iki topa yüksəldib:
Ukrayna 2-0 İslandiya
Oleksandr Zubkov 83'
O. Gutsuliak 90+3'
Ukrayna bu qələbə ilə xallarını 10-a çatdıraraq play-off mərhələsində oynama hüququ qazanıb.
İslandiya isə 7 xalla qrup mərhələsini üçüncü pillədə tamamlayıb.
© Copyright 2026, All Rights Reserved