Qvardiola DÇ-2026-dakı çempionu açıqladı - İspaniya deyil
90plus.az xəbər verir ki, Dünya Kuboku püşkatmasının keçirildiyi gün mətbuat konfransında çıxış edən Pep Qvardiola gözlənilməz açıqlama verib. “Mançester Siti”nin baş məşqçisi bildirib ki, gələn yay turniri İngiltərənin qazanmasına sevinərdi.
O, favorit komandalarla bağlı suala belə cavab verib:
“Həmişə eyni komandalar. Hamı bilir. Əgər dörd-beş favorit desək, hamı razılaşacaq. Hər kəs onları tanıyır. Mən isə istəyərdim ki, İngiltərə də bu siyahıda olsun.”
Qvardiola əlavə edib ki, illərdir ölkədə yaşadığı üçün bu uğurun baş verməsini arzulayır:
“Mən çox mehriban görünmək istəmirəm, amma burada çoxdan yaşayıram və bu ölkənin bir hissəsi olmuşam. Toması (Tuxel) və İngiltərə xalqını çox istərdim ki, son addımı atıb turniri qazansınlar.”
© Copyright 2026, All Rights Reserved