Rafael Ağayevə Avropadan təklif var
Dünya karatesinin incisi, "Qara Brilyant" ləqəbli Rafael Ağayev Avropa ölkələrindən birinin karate komandasında baş məşqçi ola bilər.
90plus.az xəbər verir ki, əfsanəvi karateçimiz bu təklifləri düşündüyünü söyləyib.
Rafael Ağayev dünyanın ən uğurlu karateçisidir. O, 5 dəfə dünya çempionu olan yeganə karate ustasıdır. Rafael 11 dəfə Avropa çempionu, Tokio Olimpiadasının gümüş medalçısı, 2013-cü ildə Döyüş Sənəti üzrə Ümumdünya Oyunlarının, 2015-ci il Avropa Oyunlarının, 2013 və 2015-ci illərdə İslam Həmrəyliyi Oyunlarının qalibi, həmçinin Karate Combat döyüş liqasının çempionudur. Sürətli və dəqiq fəndləri ilə karate dünyasında "Qara Pantera" kimi tanınır.
Rafael, bir dünya çempionatında iki qızıl medal qazanmağı bacaran yeganə idmançıdır.
O, karatedə 5-ci dan sahibidir. Uğurlarına görə, Ümumdünya Karate Federasiyası prezidenti tərəfindən "Dünya karatesinin incisi" fəxri adı ilə təltif edilib.
© Copyright 2026, All Rights Reserved