Rafael Ağayev iki əməliyyat keçirtdi!
Azərbaycan və dünya karatesinin ulduzu Rafael Ağayev eyni gündə həm burnundan, həm də əlindən əməliyyat keçirib.
90plus.az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, 5 qat dünya, 11 qat Avropa çempionu Ağayev səhhətində yaranan problemlər barədə özü danışıb.
40 yaşlı idmançı bildirib ki, hazırda vəziyyəti yaxşıdır: “Əlim üç dəfə qırılmışdı. Qolumda keyimə gedirdi. Ona görə də əməliyyat etdirdim. Xəstəxanadan çıxmışam, hazırda müalicəmi evdə davam etdirirəm”.
📰: İdman.biz
© Copyright 2026, All Rights Reserved